Avropa çempionu ol, 4,5 milyon avro qazan!
06.06.2012 - 11:18
Avropa çempionu ol, 4,5 milyon avro qazan!
2012-ci il Avropa çempionatının final mərhələsinin ev sahiblərindən olan Ukrayna yığmasına vəd olunan mükafatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, Ukrayna Futbol Federasiyasının prezidenti Qriqori Surkis millisinin Türkiyəyə 0:2 hesabı ilə uduzduğu yoldaşlıq görüşündən sonra paltardəyişmə otağına girərək, futbolçularını stimullaşdırıb.

Surkis onlara nəticəyə əhəmiyyət verməməyi məsləhət görüb: “Bundan əlavə, mükafatları açıqladım. Komanda qrupdan və yarımfinala çıxacağı halda hərəyə 2, finala vəsiqə qazanarsa 3, turnirin qalibi olarsa 4,5 milyon avro mükafat alacaq. Bundan əlavə, qrup mərhələsində qələbəyə görə 500, bərabərliyə görə 250 min mükafat olacaq. Fikrimcə, əgər bu rəqəmləri digər yığmaların maliyyə stimulları ilə müqayisə etsək, bizdə pis deyil, yaxşıdır”.

Qeyd edək ki, Ukrayna millisi D qrupunda Fransa, İngiltərə və İsveç yığmaları ilə birgə yer alıb.