Böyük futbol bayramına saatlar qaldı!!!
07.06.2012 - 12:59
Sabah Avropada böyük futbolu bayramı start götürəcək. Apasport.az saytının məlumatına görə, 4 ildən bir keçirilən Avropa çempionatı (AÇ) qitənin 1 nömrəli futbol yarışıdır. XIV AÇ-nin final mərhələsinə Polşa və Ukrayna ev sahibliyi edəcək və azarkeşlər ümumilikdə 31 oyun izləyəcək.
Bu, 1960-cı ildən keçirilən turnirin tarixində 2 meydan sahibi ilə 3-cü yarış olacaq. Bunadək 2000-ci ildə Belçika ilə Hollandiya, 2008-ci ildə Avstriya ilə İsveçrə məsul turniri birgə təşkil etmişdilər. AVRO-2012 yarışın tarixə əsasən onunla düşəcək ki, sonuncu dəfə 16 komanda iştirak edəcək. Belə ki, 2016-cı ildə Fransada keçiriləcək qitə birinciliyində final mərhələsinin iştirakçılarının sayı 16-dan 24-ə kimi artırılacaq.
Hər turnirdə olduğu kimi, açılış oyunu ev sahibinin iştirakı ilə keçiriləcək. Polşa yığması Varşavada yeni açılan stadionda 2004-cü ildə heç kimin gözləmədiyi halda AÇ-nin qalibi olan Yunanıstanla üzləşəcək. İlk oyun günündə A qrupunun digər matçı milli komandamızın 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Rusiya yığmasının iştirakı ilə olacaq. Şimal qonşularımızın favoriti sayıldığı qrupunda ilk rəqibi Çexiya millisidir.
Final mərhələsinin ən güclü qrupu B sayılır. Orada Almaniya, Hollandiya və millimizin növbəti seçmə mərhələdə daha bir rəqibi - Portuqaliya kimi güclü yığma yer alıb. 1/4 finala 2 komandanın çıxdığını nəzərə alsaq, nəhənglərdən birinin qrupda qalacağı deməkdir. Almanlar ümumiyyətlə, turnirin qalibi olmağa əsas namizədlərdəndir. Danimarka yığmasının B qrupunda sonuncu yer tutacağı demək olar heç kimdə şübhə doğurmur.
C qrupunda turnirin son qalibi İspaniya yığması yer alıb. Onun rəqibləri İtaliya, İrlandiya və Xorvatiya milliləridir. İrlandları İtaliya yığmasının sabiq baş məşqçisi Covanni Trapattoni çalışdırdığından, təcrübəli yerli mütəxəssisin həmyerliləri ilə dueli maraq doğurur.
Nəhayət, D qrupunda digər meydan sahibi Ukrayna yığması qərarlaşıb. Onu qrupda Fransa, İngiltərə və İsveç yığmaları ilə çətin sınaq gözləyir. Turnirə iyulun 1-də Kiyevdə keçiriləcək final oyunu ilə yekun vurulacaq.
8 iyun
AVRO-2012-nin final mərhələsi
Qrup oyunları
I tur
A qrupu
21:00. POLŞA – YUNANISTAN
Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya)
Varşava. Milli stadion
23:45. RUSİYA – ÇEXİYA
Baş hakim: Hovard Uebb (İngiltərə)
Vrotslav. “Meyski” stadionu

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0