“Bizim itirələsi heç nəyimiz yoxdur”
07.06.2012 - 14:17
“Bizim itirələsi heç nəyimiz yoxdur”
“Hazırkı gənc komandamızdan razı qalmağımız üçün qrupdan çıxmalıyıq. Əsas hədəfimiz budur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşa milli komandasının baş məşqçisi Frantişek Jmuda deyib.

O, sabah start götürən Avropa çempionatının final mərhələsinin Yunanıstanla ilk oyunu haqda fikirlərini açıqlayıb: “Yunanıstan yığmasının işi o qədər də asan olmayacaq. Lakin onların böyük təcrübəsi var. Onların əksəriyyəti belə böyük turnirlərdə oynayıb. Bizim komandada isə belə təcrübəlilər çox deyil. İndiki heyətin maksimum 2-3 üzvü ötən Avropa çempionatında oynayıb. Digərləri isə ya debütantdır, ya da ilk dəfə Avro həyəcanı yaşayacaq”.

Jmuda açılış matçındakı rəqibin favorit olması ilə razıdır: “Yəqin ki, yunanlar özlərini favorit sayır. Buna əsasları da var. Dediyim kimi bizim komanda Almaniya istisna olmaqla çempionatın ən gənc komandasıdır. Belə olduğu üçün Yunanıstan favorit təsiri bağışlayır. Lakin bizim itirələsi heç nəyimiz yoxdur. Məqsədimiz qrupdan çıxmaqdır ki, bunun üçün də döyüşəcəyik”.