Dik Advokat: Çexiya ilə oyuna start heyəti beynimdədir
07.06.2012 - 14:24
Dik Advokat: Çexiya ilə oyuna start heyəti beynimdədir
“Mən Çexiya yığması ilə oyunda start heyətində kimin yer alacağını artıq bilirəm. Heyəti beynimdə saxlayıram, ancaq hələ açıqlaya bilmərəm. Bəli, mən belə qərar qəbul etmişəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya milli komandasının baş məşqçisi Dik Advokat deyib. Sabah start götürəcək Avropa çempionatının final mərhələsinin ilk turunda Çexiya yığması ilə görüşəcək şimal qonşularımız qrup qalibi olmaq iddiasındadır.

Advokat rəqibi 8 il öncə turnirin yarımfinalına kimi irəliləyən komanda ilə müqayisə edib: “Çexiya yığmasının heyətində bir sıra parlaq və güclü futbolçular çıxış edirdi. Koller, Nedved, Rositski, Baroş diqqət mərkəzində idilər. Ancaq indi çexlər tamamilə başqa komandadır. Əvvəlkilərin yerinə bir sıra gənc futbolçular gəlib”.

Məlum olduğu kimi, Rusiya yığması son Avropa çempionatının bürünc medalçısıdır. Advokatın fikrincə, onda digər hollandiyalı mütəxəssis – Qus Hiddinkin rəhbərliyi altında çıxış edən ruslar tam fərqli komanda olub: “Bununla belə, həmin yığmanın heyətindən çox futbolçular qalıb. Bu müddətdə oyunçularımız daha təcrübəli, özlərinə inamlı olublar. Ancaq bununla da yaşlaşıblar. Ümumiyyətlə, bizim yaxşı hissiyyatımız var. Avropa çempionatında oynayan hər futbolçu həm özü, həm də ölkə üçün maksimal yaxşı çıxış etmək istəyir. Mən bunda heç şübhələnmirəm. Məşqçi üçün ən əsas narahatlığını həmişə gizlətməkdir. Ancaq bütün məşqçilərdə olduğu kimi, məndə də həyəcan var”.