Meydan sahiblərinin taleyi Cüneyt Çakıra tapşırıldı
07.06.2012 - 16:21
Meydan sahiblərinin taleyi Cüneyt Çakıra tapşırıldı
UEFA sabah start götürəcək Avropa çempionatının final mərhələsinin ilk turunun oyunlarına bütün təyinatları açıqlayıb. Apasport.az saytının məlumatına görə, türkiyəli hakimlər qrup mərhələsinin startında iş başında olacaqlar. Belə ki, qardaş ölkədən turnirə gələn yeganə baş hakim Cüneyt Çakıra meydan sahiblərindən biri – Ukraynanın İsveçlə iyunun 11-də keçiriləcək oyununu idarə etmək tapşırılıb. Ona yan xətdə Bahattin Duranla Tarik Onqun yardımçı olacaq. Əlavə 2 hakim isə Hüseyn Heceklə Bülənt Yıldırımdır. Maraqlıdır ki, Ukrayna yığması final mərhələsinə hazırlıq prosesində son yoxlama oyununda məhz Çakırın həmyerlilərinə, Türkiyə millisinə 0:2 hesabı ilə uduzub.

C qrupunda İspaniya – İtaliya oyunu Vktor Kaşşainin başçılıq etdiyi macar hakimlər briqadasına həvalə olunub. Həmin qrupun İrlandiya – Xorvatiya matçını Byorn Kaypersin rəhbərlik etdiyi hollandiyalı hakimlər briqadası idarə edəcək. D qrupunun favorit yığmaları olan Fransa ilə İngiltərənin dueli isə italiyalı Nikola Rizzolinin başçılıq etdiyi hakimlər briqadasına tapşırılıb.