Avropa çempionu olan hər futbolçu 3 milyon mükafat alacaq
07.06.2012 - 17:48
Danimarka Futbol İttifaqı milli komandasının sabah start götürəcək Avropa çempionatında (AÇ) uğurlu çıxış müqabilində mükafat fondunu açıqlayıb. Apasport.az saytının məlumatına görə, yığma turnirdə qalib olacağı halda, hər futbolçu 3 milyon Danimarka kronu alacaq. Bu isə 504 min dollar deməkdir.
Futbolçular final mərhələsinə çıxmağa görə artıq 800 min kron alıb. Yığma ¼ finala çıxacağı halda, mükafatın məbləği 1,9 milyona kimi artırılacaq. Ancaq danimarkalılar ən çətin qrupa – Almaniya, Hollandiya, Portuqaliya ilə bir düşdüyünü nəzərə alsaq, ¼ finala çıxmaları belə real görünmür.
Qeyd edək ki, Danimarka yığmasının tarixində ən böyük uğuru məhz AÇ-də qalib olmağıdır. Özü də 20 il öncə olan bu uğur zaman futbolçular indikindən 10 dəfə az – hərəyə 300 min kron almışdı.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0