AVRO-2012: “Bu, bizim üçün uğur sayılacaq”
07.06.2012 - 23:03
AVRO-2012: “Bu, bizim üçün uğur sayılacaq”
“Bütün komanda ilk oyunu gözləyir”. Apasport.az saytının xəbərinə görə, bunu Çexoya yığmasının baş məşqçisi Mixal Bilek deyib.

Avropa çempionatının açılış günündə Rusiya ilə qarşılaşacaq çexiyalılar meydandan 3 xalla ayrılmaq barədə düşünürlər. Elə Bilek də qrupdakı ilk görüşdən qələbə gözləyir: “Komandamızda ab-hava yüksəkdir. Futbolçular ilk oyunun əhəmiyyətini yaxşı dərk edirlər. Təbii ki, qələbə istəyirik. Amma Rusiya yığmasının güclü. Qrupunuzun favoriti olduğunu bilirik”.

Bilek bildirib ki, rəhbərlik etdiyi kollektiv qrupun favoriti sayılmasa belə, məqsədləri 1/4 finala çıxmaqdır: “Bu, bizim üçün uğur sayılacaq”.

Xatırladaq ki, Çexiya A qrupunda Polşa, Rusiya və Yunanıstan milliləri ilə mübarizə aparacaq.