UEFA-dan AVRO-2012-nin iştirakçısına güzəşt
08.06.2012 - 08:30
UEFA bu gün start götürəcək AVRO-2012-nin iştirakçısı Xorvatiyaya güzəşt edib. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu bu yığmanın heyətində son anda dəyişiklik etməyə icazə verib. Belə ki, yarımmüdafiəçi İvo İliçeviç sol dizindəki zədə üzündən final mərhələsində oynaya bilməyəcəyindən, heyətdən çıxarılıb. Baş məşqçi Slaven Biliç bildirib ki, onlara UEFA-dan xüsusi icazə almaq müyəssər olub. Yəni zədəli futbolçunu “Hamburq”un 20 yaşlı müdafiəçisi Şime Vrsalko ilə əvəzləyə biliblər.
İliçeviç çərşənbə günün məşqin gedişində zədələnən zamanı həkimlər ilk olaraq bunu ciddi qəbul etməyiblər. Ancaq Varşavadakı müayinə 25 yaşlı futbolçunun turnirdən kənarda qalacağını göstərib.
Qeyd edək ki, Xorvatiya yığmasında bunadək liderlərindən olan hücumçu İvitsa Oliç zədələndiyindən, onu “Dnepr”dən Nikola Kaliniç əvəzləmişdi.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0