“Mənim üçün bu matç ən vacib oyundur”
08.06.2012 - 13:04
“Danimarka ilə görüş Avropa çempionatının final mərhələsində ilk oyunumuzdur. Rəqib güclü komandadır. Əksər futbolçuları Avropa klublarında oynayır. Mənim üçün bu matç ən vacib oyundur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Hollandiya milli komandasının baş məşqçisi Bert van Marveyk deyib.
Bu gün start götürən AVRO-2012-nin “Ölüm qrupu”nda yer alan “narıncılar”ın çalışdırıcısı güclü rəqiblərlə oynamaqdan çəkinmədiklərini açıqlayıb: “Püşkatmanın nəticələrini dəyişmək mənim qüvvələrim xaricindədir. Amma Almaniya, Danimarka və Portuqaliya ilə eyni qrupda mübarizə aparmaq əladır. Bu, o deməkdir ki, hər matçda maksimumu qüvvəmizi qoyacağıq. Bu qarşılaşmada Robin van Persi və ya Klaas Yan Huntelaarın, yoxsa ki, ikisinin də oynayacağı ilə bağlı suala cavab verməyəcəm. Bu, mənim üçün də çətin seçimdir. Həm də buna cavab verməkdən bezmişəm”.
Qeyd edək ki, Hollandiya yığması ilk oyununda sabah Danimarka ilə qarşılaşacaq.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0