“Bəzi futbolçularımızın iflic olmalarının şahidi olduq”
09.06.2012 - 10:03
“Mən futbolçularımın hamısını təbrik etdim, onları ruhlandırmağa çalışdım. Axı biz uduzsaydıq, işimiz daha pis olacaqdı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Polşa yığmasının baş məşqçisi Frantişek Jmuda deyib. Avropa çempionatının final mərhələsinin təşkilatçılarından biri olan polşalılar Yunanıstanla açılış oyununda 1:0 hesabı ilə irəlidə olsa da, qələbəni əldən verdi – 1:1.
Jmudanın fikrincə, psixoloji gərginlik onların işini çətinə salıb: “Onu deyə bilərəm ki, oyuna əla hazırlaşmışdıq. Ancaq böyük təzyiq, stress çox gənc komandamızda əsəbi vəziyyət yaratdı. Futbolçularımızın çoxu heç vaxt belə böyük turnirlərdə iştirak etməyib. Onlardan fərqli yunan futbolçular dünya və Avropa çempionatlarında oynayıb. Fasilədə təzyiqi artırmağı planlaşdırırdıq, ancaq sonda daha çox arxaya oynamağa başladıq. Yunanların isə itiriləsi heç nəyi yoxdur. Biz onun şahidi olduq ki, bəzi futbolçularımız onların təzyiqlərinin altına düşməklə, iflic oldular”.
Polşalı mütəxəssisin fikrincə, hesab bərabər olanda, rəqibin penalti zərbəsini dəqiq vura bilməməyini də nəzərə alsaq, bu nəticə yaxşıdır: “Heç-heçə şansımızı saxlayır, hələ mübarizə qabaqdadır. Qarşıda 2 oyunumuz var və üzülməyə dəyməz. Növbəti oyuna köklənib, qalib gəlmək lazımdır”.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0