“Nəticədən razı qalmadığımdan, məyusam”
09.06.2012 - 10:18
“Nəticədən razı qalmadığımdan, məyusam”
“Nəticədən razı qalmadığımdan, məyusam. Biz bura qələbə dalınca gəlmişik. Hətta gözlədiyimiz kimi, polşalıların ilk dəqiqələrdə hücumda olmaları məqsədimizi dəyişdirmədi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Yunanıstan milli komandasının baş məşqçisi Fernandu Santuş deyib. 2004-cü ilin Avropa çempionu həmin vaxt olduğu kimi, meydan sahibləri ilə açılış oyununun iştirakçısı olaraq, uduzmadı.

Yunanlar futbolçuları meydandan qovulandan sonra 10 nəfərlə hesabı bərabərləşdirməyə özlərində güc tapdılar. Üstəlik, ispaniyalı hakim Karlos Velasko Karbalyo meydan sahiblərinə aşkar simpatiya göstərərək, qonaqların təmiz qolunda ofsayd qeydə alaraq, saymadı. Ancaq Sentus hakimliyi müzakirə etməkdən imtina edib: “Karaqunis penaltini dəqiq vura bilməsə də, əsas zərbəni vuran futbolçu kimi inamımı itirməyib. Biz 25 dəqiqədən sonra sakitcə topa nəzarət edə bilirdik. Əgər qırmızı vərəqə olmasaydı, hər şey daha yaxşı olacaqdı. Hərçənd, onsuz da biz sonda qələbəni qopara bilərik”.

Çalışdırıcı qrupda digər rəqibləri olan Çexiya və Rusiya yığmaları oyunlarda da hücum futbolu oynamaq fikrində olduqlarını gizlətmədi: “Niyə də yox? Ümumiyyətlə, daha çox hücumda olmağa çalışırıq. Sadəcə, ilk 25 dəqiqədə rəqib bizi müdafiədə sövq etdi”.