Avropa çempionuna daha bir zərbə
09.06.2012 - 10:50
Yunanıstan yığması AVRO-2012-nin açılış oyunundan sonra daha bir zərbə alıb. Apasport.az saytının məlumatına görə, Polşa yığması ilə açılış oyununda aldığı zədə üzündən əvəzlənməli olan müdafiəçi Avraam Papadopulos turnirdə çıxışını vaxtından əvvəl başa vurmalı olub. Belə ki, onun sol dizindəki əzələ bağlarından aldığı xəsarət ciddidir. Müayinə 27 yaşlı müdafiəçinin yarışda daha çıxış edə bilməyəcəyini göstərib. Yunanıstan Futbol Federasiyası oyundan otelə qayıtdıqlarından sonra Papadopulosun evə müalicəyə qayıtdığını təsdiqləyib.
Bununla da 22 futbolçu ilə qalan 2004-cü ilin Avropa çempionu iştirak ərizəsində boşluğu doldura bilmir. Bu azmış kimi, Yunanıstan millisinin digər müdafiəçisi – Sokratis Papastatopulos 44-cü dəqiqədə 2-ci sarı vərəqə alaraq, meydandan çıxarıldığından, növbəti turda Çexiya yığması ilə oyunda yığmasına kömək edə bilməyəcək.
Qeyd edək ki, ilk oyunda hakim səhvlərindən əziyyət çəkən, qolu sayılmayan yunanlar penalti zərbəsindən istifadə edə bilmədilər.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0