“Xəzər Lənkəran”la başlayan yoldan tarixi qoladək
09.06.2012 - 14:43
AVRO-2012-nin ilk qolunun müəllifi kimi tarixə düşən Polşa yığmasının futbolçusu Robert Levandovski azərbaycanlı futbolsevərlərə yaxşı tanışdır. Apasport.az saytının məlumatına görə, mötəbər turnirdə debütünü Yunanıstan yığmasına qolla qeyd edən 24 yaşlı hücumçu avrokuboklarda komandalarımıza qarşı oynayıb. Yığmamız indiyə kimi dəfələrlə Polşa millisi ilə üzləşsə də, Robert həmin vaxt yeniyetmə idi. O, son 2 mövsümdə şərəfini qoruyaraq, Almaniya çempionu olduğu Dortmund “Borussiya”sının heyətində çıxışı ilə daha çox tanındı.
Levandovski bizə qarşı 2 klubun heyətində oynayaraq, “Xəzər Lənkəran” və “Qarabağ”la görüşüb. Onun “siftə”si hələ 2008-ci ilin iyulun 17-də Polşanın “Lex” klubunun heyətində Avroliqanın I təsnifat mərhələsi çərçivəsində Bakıda olub. Onda “Xəzər Lənkəran” Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən ilk oyunda Poznan təmsilçisinə məhz Robertin vurduğu qola uduzdu. O, 75-ci dəqiqədə Dmitri Kramarenkonun qapısına yol taparaq, matçda yeganə qolun müəllifi oldu. Maraqlıdır ki, bu, onun həm “Lex”də, həm də yüksək səviyyədə, beynəlxalq matçda ilk qolu idi. Çünki Robert bunadək karyerasını ölkəsinin II liqasında keçirərək, bombardir olmuş və 1,5 milyon Polşa zlotuna Poznan klubuna transfer olunmuşdu.
Bakıdakı matçdan 2 həftə sonra Polşada keçirilən cavab matçında “Lex” böyük hesabla (4:1) qalib gəlsə də, hücumçu onda qol vura bilmədi. Poznan təmsilçisi 2 il sonra yenidən Respublika stadionuna çıxaraq, bu dəfə Çempionlar Liqasının II təsnifat mərhələsində “İnter”ə rəqib oldu. Ancaq “Lex” həmin sınaq öncəsi Levandovskini “Borussiya”ya satdığından, hücumçu bakılılara qarşı oynamaq imkanı qazanmadı.
Ancaq Robertə elə həmin yay avrokuboklarda bizə qarşı oynamaq, yenidən mərkəzi arenamızda meydana çıxmaq nəsib oldu. Bu, elə Dortmund klubunun heyətində Avroliqanın son təsnifat mərhələsində “Qarabağ”la oyunlarda idi. Ancaq polşalıya evdə 4:0, səfərdə 1:0 hesabı ilə qalib gəldikləri oyunlarda qapıçımız Fərhad Vəliyevə qol vurmaq müyəssər olmadı. Bu da ilk növbədə onunla bağlıdır ki, həmin vaxt onu əsas heyətdə kənarda qoyan paraqvaylı həmkarı Lukas Barrios “at oynadırdı”. Təsadüfi deyil ki, yığmasının heyətində 2010-cu il dünya çempionatının final mərhələsinin iştirakçısı olan hücumçu “Qarabağ”a vurduqları 5 qoldan 3-ün (2-si Dortmundda, 1-i Bakıda) müəllifi oldu. Həmin vaxt sonradan meydana çıxmalı olan Robert ötən mövsümdə Barriosu əsas heyətdən sıxışdıraraq, ehtiyata göndərdi. Təsadüfi deyil ki, o, “Borussiya”nın bombardiri olmaqla, komandasının titulunu qorumağında ən böyük pay sahiblərindən idi. Lukas isə ehtiyatda qalmağı ilə barışmayaraq, “Borussiya” ilə yollarını ayırdı və karyerasını Asiyada davam etdirməyə yollandı.
Qeyd edək ki, AVRO-2012-nin ilk qolunu 1:1 hesabı ilə nəticələnən oyunun 17-ci dəqiqəsində başla vuran Levandovski final mərhələsinin ilk qırmızı vərəqəsində də səbəbkarlardan oldu. Belə ki, 44-cü dəqiqədə 2-ci sarı vərəqəyə görə meydandan qovulan Yunanıstan millisinin müdafiəçisi Sokratis Papastatopulos ilk “sarı”nı məhz Robertə qarşı kobudluğa görə aldı.
Mehman SÜLEYMANOV

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0