“Neftçi”nin sabiq baş məşqçisi: Marsdan gəlmələr kimi görünməyəcəyik
09.06.2012 - 16:22
“Neftçi”nin sabiq baş məşqçisi: Marsdan gəlmələr kimi görünməyəcəyik
“Məndə belə təəssürat yarandı ki, yığmamızın futbolçuları rusiyalı oyunçuları həyatlarında ilk dəfə görürdülər. Onlar güclü rəqiblə oyuna taktiki planda hazır deyildilər”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin çexiyalı sabiq baş məşqçisi Vlastimil Petrjela deyib. Avropa çempionatının ilk oyun günündə milli komandasının Rusiya yığmasına böyük hesablı məğlubiyyətinə (1:4) üzülən təcrübəli çalışdırıcı yaxşı tanıdığı rəqibi tərifləyib.

Rusiyanın “Zenit” klubunda uğurlu işi ilə tanınan Petrjela bu postu təhvil verdiyi hollandiyalı həmkarı Dik Adkovat haqda da yüksək fikir söyləyib: “Hazırda Rusiya yığmasını çalışdıran bu mütəxəssis Çexiya millisinin baş məşqçisi olan Mihal Bileki taktiki cəhətdən üstələdi. Rusiyalı futbolçular texnikalı idilər və topla daha yaxşı işləyirdilər. Onlar sürətdə rəqibi üstələməklə, müdafiəmizi səhv etməyə məcbur etdilər. Advokat Çexiya yığmasını xırdalığına kimi təhlil edib. Ancaq bizimkilər haqda bunu demək olmaz”.

Petrjela hesab edir ki, bu oyunda böyük rolu təcrübə oynadı: “Çexiya yığmasında belə oyunçu yalnız Tomaş Rositski idi. Rusiya millisində isə praktiki olaraq hər futbolçu personadır. Ümid edirəm ki, ruslar gözümü açdı və biz daha Marsdan gəlmələr kimi görünməyəcəyik”.

Qeyd edək ki, Petrjelanın “Zenit”dən sonrakı iş yeri – 2007-ci ilin sentyabrından dekabrın sonuna kimi “Neftçi” olub.