“Başqa cür düşünə bilmərik”
10.06.2012 - 10:00
“Başqa cür düşünə bilmərik”
“Əlbəttə ki, uduzmaq üzücüdür. Bilirdik ki, bizə çətin olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliya yığmasının baş məşqçisi Paulu Bentu deyib.

O, AVRO-2012-nin Almaniya ilə oyunundakı 0:1 hesablı məğlubiyyətə şərh verib: “İlk hissədə yaxşı oynadıq. Lakin sonra Almaniya topa nəzarət sayəsində meydanda üstünlüyü ələ aldı. Yaxşı müdafiə olunurduq. Sonda isə qol vurmaq üçün hər şey etdik, lakin alınmadı”.

Bentu qrupun digər oyununda Hollandiyanı 1:0 hesabı ilə məğlub edən Danimarka haqda da fikirlərini səsləndirib: “Hollandiyanın məğlubiyyətinə təəccüblənmədim. Biz portuqaliyalılar heç vaxt Danimarkanı qrupun ən zəifi saymamışıq. İndi isə onları məğlub etməliyik. Başqa cür düşünə bilmərik”.