Statistika nə göstərir?
10.06.2012 - 14:01
Statistika nə göstərir?
“Son vaxtlar Ukrayna ilə 2 dəfə qarşılaşmışıq. Həmin qarşılaşmalarda İbrahimoviç və Mellberq yox idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsveç milli komandasının baş məşqçisi Erik Hamrin deyib.

O, AVRO-2012-nin sabah Ukrayna ilə keçiriləcək oyunu haqda fikirlərini açıqlayıb: “Lakin istənilən halda yaxşı oyunlar keçirdik. Bu dəfə isə fərqli oyun olacaq. Düzdür, bütün stadion Ukraynaya azarkeşlik edəcək. Biz isə oynayacağıq. Ümid edirəm ki, qələbə üçün. Statistika göstərir ki, meydan sahibləri nadir hallarda ilk oyununu uduzur”.