“Buna yeganə səbəb Fransa ilə oyundur”
10.06.2012 - 14:42
“Buna yeganə səbəb Fransa ilə oyundur”
“Rio Ferdinandın iştirak ərizəsində olmaması ilə bağlı böyük səs-küyün olması məni təəccübləndirdi. Məncə, buna yeganə səbəb Fransa ilə oyundur”. Apasport.az saytının məlumatına görə, bu sözləri İngiltərə yığmasının baş məşqçisi Roy Hocson deyib.

Britaniyalı mütəxəssis AVRO-2012-nin Fransa ilə oyunu ərəfəsində qabardılan mərkəz müdafiəçisi məsələsinə aydınlıq gətirib: “Millidə mərkəz müdafiəçiləri ilə bağlı problem yoxdur. Zədələnən Keyhillin yerinə də Ferdinandı çağırmaq niyyətim olmayıb. Lakin Rionu daim izləyəcəyəm. Onun yığmaya qayıtmaq şansı var”.