Fərqli haqq-hesab
10.06.2012 - 16:10
Fərqli haqq-hesab
“İlk oyunun həlledici olduğunu düşünmürəm. Ukrayna elə qrupa düşüb ki, hər oyun vacibdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukrayna milli komandasının baş məşqçisi Oleq Bloxin deyib.

O, AVRO-2012-nin sabah İsveç yığması ilə keçiriləcək oyunu haqda fikirlərini açıqlayıb: “Bu, dünya çempionatı deyil ki, İspaniyaya məğlubiyyəti Səudiyyə Ərəbistanı və Tunis ilə matçlarda sığortalayasan. Burda haqq-hesab fərqlidir. İsveç yığması asan rəqib deyil. Onlar İngiltərədən də, Fransadan da güclü ola bilər”.