Favoritlərdən heç-heçə, Ukraynadan qələbə
12.06.2012 - 00:39
Favoritlərdən heç-heçə, Ukraynadan qələbə
4 gün öncə Polşa və Ukraynada startı verilmiş futbol üzrə Avropa çempionatında D qrupunda yer alan komandalar mübarizəyə başlayıb. Apasport.az saytının xəbərinə görə, baş tutan 2 oyunla AVRO-2012-də ilk tura yekun vurulub.

Günün ilk qarşılaşmasında meydana qrupun favoritləri Fransa və İngiltərə milliləri çıxıb. 2 qolun vurulduğu oyunda tərəflər hərəyə bir dəfə fərqlənib ki, əvvəlcə ingilislər hesabı açıb. 30-cu dəqiqədə Leskott fərqlənib. Amma İngiltərə yığmasının qol sevinci çox çəkməyib. Cəmi 3 dəqiqə sonra Nasri fransızların bərabərlik topunun müəllifi olub.

Təşkilatçı ölkələrdən biri olan Ukrayna millisi isə yarışa əzmkar qələbəylə başlayıb. Oleq Bloxinin komandası 52-ci dəqiqədə məğlub duruma düşsələr də, tez bir zamanda toparlanmağı bacarıblar. 55-ci dəqiqədə qocalmaq bilməyən Andrey Şevçenko gözəl baş zərbəsi ilə topu tora göndərib.

İsveç yığması buraxılan qolun şokundan ayılmamış daha bir zərbə alıblar. Şevçenko bu dəfə künc zərbəsindən sonra başla özünün və komandasının ikinci qolunu vurub.

11 iyun

AVRO-2012

Final mərhələsi
I tur
D qrupu


UKRAYNA - İSVEÇ - 2:1
QOLLAR: Şevçenko, 55; 62 - İbrahimoviç, 52
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Kiyev. “Olimpiyski” stadionu
UKRAYNA: Pyatov, Selin, Kaçeridi, Mikalik, Timoşuk, Qusev, Yarmolenko, Nazarenko, Konoplyanka, Şevçenko, Voronin
İSVEÇ: İsaksson, Lustiq, Mellberq, Qranqvist, M.Olsson, Elm, S.Larsson, Kellstrom, İbrahimoviç, Tyvonen, Rozenberq


FRANSA - İNGİLTƏRƏ - 1:1
QOLLAR: Leskott, 30 - Nasri, 39
Baş hakim: Nikola Rizzoli (İtaliya)
Donetsk. “Donbass-Arena” stadionu
FRANSA: Loris, Debuçi, Evra, Rami, Mekses, Kabaye, Riberi, Nasri, Maluda, Diarra, Benzema
İNGİLTƏRƏ : Hart, Conson, Terri, Leskott, Koul, Milner, Parker, Cerrard, Çemberleyn, Yanq, Uelbek