Slaven Biliç: Mən belə nəticə gözləyirdim
11.06.2012 - 08:25
Slaven Biliç: Mən belə nəticə gözləyirdim
“Mən belə nəticə gözləyirdim. Biz matça hazır idik, İrlandiya yığmasının tam təhlil etmişdik və komandamızın daha güclü olduğunu bilirdik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Xorvatiya yığmasının baş məşqçisi Slaven Biliç deyib. Avropa çempionatının final mərhələsinə İrlandiya yığması üzərində 3:1 hesablı qələbə ilə başlayan xorvatlar qrup lideri olub.

Biliç hələ ötən il görüşdükləri rəqibi yaxşı tanıyaraq, bu dəfə fərqli oynadıqlarını bildirib: “Düzdür, final fitinə kimi oyunun necə nəticələnəcəyini ehtimal edə bilməzsən. Biz İrlandiya ilə 2011-ci ilin avqustunda oynamışdıq. Həmin matçlar arasında fərq ondadır ki, onda yığmamız hücumda pis təsir bağışlayırdıq. İndi isə bizdə bu komponentdə hər şey alınırdı və keçici ötürmələr edə bilirdik”.

Xorvatiyanı növbəti turda İtaliya ilə çətin sınaq gözləyir. Biliç rəqibin bu çempionatda əsas favoritlərdən biri olduğunu söyləyib: “Əlbəttə, italyanlar İrlandiya yığmasından fərqli futbol nümayiş etdirir. Onların oyununu çoxları izləyir və gücünü yaxşı bilir. İtaliya yığması seçmə mərhələdə öz bacarığını göstərdi və həmin vaxtdan komanda az dəyişib. Onlar topla davranmağı, oyunu müdafiədən qurmağı xoşlayır. Bəli, italyanlar dünya çempionatını boşa verdi, ancaq indi favoritlərdən biridir. Hazırda çox güclü olduqlarını göstərdilər. Çoxları elə fikirləşirdi ki, turnirdən öncə baş verən bu qalmaqallar yığmanın oyununa hansısa təsirini göstərəcək. Ancaq baş məşqçiləri göstərdi ki, o, gözəl taktikdir və hazırda çox motivasiyalıdır”.