“İspaniya yığması ilə oyunumuza təbəssümlə baxırdım”
11.06.2012 - 09:00
“Oyun çox gərgin idi. İspanlar yerdəyişmələrə başlayan kimi onlara qarşı pressinq tətbiq etməyə çox çalışırdıq. Rəqibə ilə qapıçı ilə təkbətək çıxmağa imkan verməməyə çalışıb, topu alan kimi hücumu dərinlikdən qururduq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri İtaliya millisinin baş məşqçisi Çezare Prandelli deyib. Təcrübəli italiyalı mütəxəssis Avropa çempionatının startında 1:1 hesablı bərabərliyə qaldıqları İspaniya yığması ilə oyunu dəyərləndirib.
Prandelli hazırda dünyanın ən güclü yığması sayılan İspaniya ilə matçda göstərdikləri oyundan razı qalıb: “Hələ dünən bilmirdim ki, matçda necə təsir bağışlayacağıq, oyuna isə təbəssümlə baxırdım. Futbol fantastik idman növüdür. Hərdən ondan əlavə gərginlik olmadan xoşlanmalısan. Mən Mario Balotellini Antonio Di Natale ilə yaxşı qol imkanını qaçırdığına görə əvəzləmədim. Sadəcə, mənə elə gəldi ki, hücumda daha çox rəngarənglik etməli idik. Məni ən çox məyus edən rəqibə hesabı bərabərləşdirməyə çox tez imkan yaratmağımız oldu. Biz dünya çempionuna qarşı oynayırdıq. Ancaq hesabda irəli çıxdığımız zamanı onların işlərini həddən artıq çətinləşdirməli idik”.
İtaliyalı mütəxəssis oyunlarında çoxlu aspektləri yaxşılaşdırmalı olduqlarını düşünür: “Əlbəttə, İspaniya yığmasının heyəti bizi bir az təəccübləndirdi. Ancaq biz fikirləşdik ki, diqqətimizi öz oyunumuza yönəltməliyik. Matçı təhlil edib, bəzi komponentlər üzərində işləyəcəyik. Biz bu gün çoxlu güc sərf etdik və növbəti oyuna bərpa oluna bilməyimiz çox vacibdir”.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0