Yunanlardan şok iddia: Hakim ev sahiblərinə “işləyirdi”
11.06.2012 - 10:02
Yunanlardan şok iddia: Hakim ev sahiblərinə “işləyirdi”
Yunanıstan Futbol Federasiyasının prezidenti Sofokis Pilavios millisinin Polşa ilə görüşdəki hakimlikdən narazı qalıb. Apasport.az saytının xəbərinə görə, AÇ-2012-nin açılış oyununda ev sahibləri ilə 1:1 oynayan Yunanıstan meydanı 10 nəfərlə tərk etmişdi.

Federasiya rəhbəri belə danışıb: "Bütün Yunanıstan, Avropa polşalı futbolçunun öz cərimə meydançasında əllə oynadığını gördü. Ancaq penalti təyin edilmədi. Heç kim deyə bilməyəcək, amma mən deyəcəm: baş hakim ev sahiblərinə "işləyirdi". Bu cür turnirlər səviyyəli olmalıdı. Belə şeylər etmək olmaz".