"Fransa millisi bizdən daha üstün oynadı"
11.06.2012 - 23:14
"Fransa millisi bizdən daha üstün oynadı"
"Turnirin güclü komandalarından birinə qarşı pis oynamadıq. Hesab məni qane etdi. Çünki Fransa millisi bizdən daha üstün oyun sərgilədi". Apasport.az saytının məlumatına görə, bu sözləri İngiltərə millisinin baş məşqçisi Roy Hodson Fransa ilə oyundan sonra (1:1) keçirilən mətbuat konfransında deyib.

İngilis mütəxəssis komandasının müdafiədə yaxşı oynadığını bildirib: "İkinci hissədə Fransa millisi təzyiqi artırdı. Ancaq biz də panikə qapılmadıq və müdafiədə yaxşı oynadıq. Bir neçə qol imkanlarımız olsa da, bundan yararlana bilmədik".