Etiraf
12.06.2012 - 08:31
Etiraf
“Sən qalib gəlməyəndə həmişə narazılıq hissi olur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Fransa milli komandasının baş məşqçisi Loran Blan deyib.

Tanınmış mütəxəssis AVRO-2012-nin İngiltərə ilə qarşılaşması haqda fikirlərini bildirib, matçın 1:1 hesabı ilə bitməsini ədalətli sayıb: “Biz də sakitcə təhlil etməliyik ki, qələbə üçün nəyimiz çatmayıb. Ümumilikdə isə nəticənin qanunauyğun olduğunu etiraf etməliyik. Heç-heçə normal nəticədir”.