AVRO-2012: Rekordun daha 2 şəriki
12.06.2012 - 11:00
AVRO-2012-nin final mərhələsinin başa çatan ilk turu 2 futbolçu üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, İspaniya millisinin 31 yaşlı qapıçısı İker Kasilyas və İsveç yığmasının 35 yaşlı müdafiəçisi Olaf Mellberq karyeralarında 4-cü dəfə qitə çempionatının final mərhələsində iştirak edir.
2000, 2004, 2008-ci illərdə də analoji yarışda iştirak edən həmin futbolçular bununla da Avropa rekordunu təkrarlayıblar. Onlara qədər daha 6 futbolçu buna nail olmuşdu.
Almaniyalı Lotar Matteus 1980, 1984, 1988, 2000, danimarkalı Peter Şmeyhellə holland Aaron Vinter 1988, 1992, 1996, 2000-ci ildə Avropa çempionatının final mərhələsində oynayıb. 12 il əvvəl 4-cü belə həyəcanı yaşayan 3 futbolçunun rekordu 8 ildən sonra təkrarlandı.
1996, 2000, 2004, 2008-ci illərdə AVRO-ya qatılan fransalı Lilian Türam, holland Edvin van der Sar və italiyalı Alesandro del Pyero ardıcıl 4 dəfə belə turnirdə oynamışdı.
4 dəfə qitə çempionatında oynamış 8 oyunçudan yalnız üçü del Pyero, van der Sar və Mellberq çempion titulunu qazanmayıb. Matteus 1980, Vinter 1988, Şmeyxel 1992, Türam 2000, Kasilyas 2008-ci ildə çempion olub.
Qeyd edək ki, 31 yaşında rekorda şərik olan Kasilyas ən azı növbəti turnirdə mütləq göstəriciyə imza ata bilər.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0