Ən “qoca” dubl müəllifi
12.06.2012 - 12:58
Ukrayna millisinin futbolçusu Andrey Şevçenko Avropa çempionatlarının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 36 yaşlı veteran qitə çempionatlarının final mərhələlərində qol vuran ən yaşlı oyunçular siyahısına daxil olub.
İsveçlə iyunun 11-dəki qarşılaşmada fərqlənən Andrey bu siyahıda avstriyalı İvitsa Vastiçdən sonra 2-ci olub. Lakin rekordçudan fərqli, Şevçenko 1 deyil, 2 qola imza atıb. Bu isə o deməkdir ki, ukraynalı dubl müəllifi olan ən “qoca” futbolçu kimi adını tarixə yazdırıb.
Avropa çempionatlarının final mərhələlərinin ən yaşlı qolçuları

| futbolçu | yığma | Təvəllüdü | çempionat | yaş |
|---|---|---|---|---|
| İvitsa Vastiç | Avstriya | 1969 | 2008 | 39 |
| Andrey Şevçenko | Ukrayna | 1976 | 2012 | 36 |
| Yan Koller | Çexiya | 1973 | 2008 | 35 |
| Kristian Panuççi | İtaliya | 1973 | 2008 | 35 |
| Antonio Di Natale | İtaliya | 1978 | 2012 | 34 |
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0