Qomes vurur, Almaniya udur - YENİLƏNİB
14.06.2012 - 00:37
Qomes vurur, Almaniya udur - YENİLƏNİB
AVRO-2012-nin final mərhələsinin B qrupunda II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, “Ölüm qrupu”nun komandalarının 2-ci sınağı gərgin və maraqlı mübarizə şəraitində keçib. Nəticədə son turun matçları formal xarakter daşımayacaq. Belə ki, ilk 2 turdan sonra gözlənilmədən hesabında xal olmayan Hollandiya yığmasının da qrupdan çıxmaq şansı qalır.

Portuqaliyanın ilk qələbəsi çətin alınıb. Hərçənd Kriştianu Ronaldonun kapitanı olduğu yığma ilk turda sensasiyalı qələbəyə imza atan Danimarka ilə matçda hesabda 2:0 irəlidə olsa da, rəqib hücumçu Niklas Bendtnerin dublu sayəsində üstünlüyünü əldən verib. Ancaq sonradan meydana çıxan Silvestre Varela final fitinə az qalmış portuqaliyalılara ilk və vacib qələbə qazandırıb. Bununla da onlar xallarını bərabərləşdirdiyi Danimarkanı şəxsi oyunda üstələdiyindən, qrupda 2-ci yerə yüksəlib.

Qrup lideri isə yüzfaizli nəticə göstərən Almaniya yığmasıdır. Növbəti mərhələyə vəsiqəni demək olar təmin edən almanlara bunu rəsmiləşdirmək üçün son turda 1 xal da yetərlidir. Bu zaman Bundestim qrupdan 1-ci terlə çıxacaq. Onun final mərhələsində 3-cü qolunun da müəllifi Mario Qomes olub. Bununlda da hücumçu bombardirlər yarışında 3 qolla liderlik edən Rusiya yığmasının yarımmüdafiəçisi Alan Dzaqoyevə çatıb.

Hollandiya millisinin kapitanı Robbi van Persinin fərqlənməyi ilə final mərhələsində qol vurmayan komanda qalmadı. Qrupdan çıxmaq işini çətinə salan hollandlar buna nail olmaq üçün iyunun 17-də keçiriləcək son turda Portuqaliyaya mütləq qalib gəlməli və Danimarkanın Almaniyaya uduzmağını gözləməlidir.

AVRO-2012

Final mərhələsi
II tur
B qrupu


21:00. Danimarka - Portuqaliya - 2:3
QOLLAR: Niklas Bendtner, 4, 82 - Pepe, 24, Elder Poştiqa, 36, Silvestre Varela, 87
Baş hakim: Kreya Tomson (Şotlandiya)
Lvov. “Lvov-Arena” stadionu
DANİMARKA: Andersen, Yakobsen, kyaer, Aqqer, Poulsen, Kvist, Zimlinq, Rommedal, Eriksen, Kron-Deli, Bendtner
PORTUQALİYA: Patrisio, Pereyra, Alveş, Pepe, Koentrao, Meyreleş, Velozo, Moutinyo, Nani, Poştiqa, Ronaldo

23:45. Hollandiya - Almaniya - 1:2
QOLLAR: Robin van Persi, 73 - Mario Qomes, 24, 38
Baş hakim: Yonas Erikson (İsveç)
Xarkov. “Metallist” stadionu
HOLLANDİYA: Stekelenburq, van der Vil, Heytinqa, Matiysen, Villems, de Yonq, van Bommel, Robben, Sneyder, Afellay, van Persi
ALMANİYA: Noyer, Boatenq, Hummels, Badştuber. Lam, Xedira, Kroos, Müller, Özil, Podolski, Qomes


B qrupu
1Almaniya22003-16
2Portuqaliya21012-23
3Danimarka21013-33
4Hollandiya20021-30