“Hollandiya yığması həmin səhvləri təkrarlamayacaq”
12.06.2012 - 14:54
“Hollandiya yığması həmin səhvləri təkrarlamayacaq”
“Fikrimcə, startdakı qələbə bizə inam verir. Təbii ki, bu, yalnız ilk addım olduğundan, artırmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib.

Avropa çempionatının final mərhələsinə Portuqaliya yığması üzərində 1:0 hesablı qələbə ilə başlayan Bundestim sabah digər güclü rəqiblə görüşəcək. Bu, ilk turda gözlənilmədən Danimarkaya uduzan Hollandiya yığmasıdır ki, onun ardıcıl 2-ci məğlubiyyəti qrupda qalmağı demək olacaq.

Löv bildirib ki, qruplarında bütün komandalar təxminən bərabərdir və burada istənilən böyük səhvə görə cəzalandırırlar: “Hamı bilir ki, Hollandiya yığması üçün növbəti matç nə deməkdir. Onlarda hər şey kart üzərinə qoyulub. Hollandlar üçün belə sual durur: onlar Avropa çempionatında qalacaqlar, yoxsa evə yollanacaqlar? Bu yığma Danimarka ilə oyunda buraxdığı səhvləri təkrarlamayacaq. Biz öz futbolumuzu yaxşı oynamalı, güclü keyfiyyətlərimizi göstərməliyik”.

Qeyd edək ki, Almaniya sabah qalib gələrsə, 1/4 finala vəsiqəni təmin edəcək.