“Bir çıxış yolumuz var – almanlara qalib gəlmək”
12.06.2012 - 15:20
“Futbolda qol vurmaq lazımdır. Bu, oyunun hissəsidir. Biz hələ çox şeyə qadirik və sadəcə, Almaniya yığmasına qalib gəlmək lazımdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Hollandiya millisinin baş məşqçisi Bert van Marveyk deyib.
Avropa çempionatının final mərhələsinin startında Danimarka yığmasına gözlənilmədən uduzmaqla qrupdan çıxmaq işini çətinləşdirən hollandlar şansını saxlamaq üçün sabah mütləq Almaniya yığmasına qalib gəlməlidir.
Təcrübəli hollandiyalı mütəxəssis bunu reallaşdırmağın heç də asan olmayacağını bildirib: “Ancaq indi bizim qarşımızda bu vəzifə durur və hamı bunu başa düşür. Düşdüyümüz vəziyyətdən yalnız bir çıxış yolu var – almanlara qalib gəlmək. Biz yalnız bununla vəziyyətimizi düzəldə bilərik. Danimarka ilə oyunda yaxşı futbol göstərdik. Əla oynaya bilərik və bu, bizə nikbinlik verir”.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0