Morten Olsen: Bizə bəxt də lazımdır
12.06.2012 - 16:18
Morten Olsen: Bizə bəxt də lazımdır
“Qarşıdakı rəqiblərimiz Portuqaliya və Almaniyanı da udmaq üçün Hollandiya ilə matçda olduğu kimi yaxşı oynamaq azdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Danimarka milli komandasının baş məşqçisi Morten Olsen deyib.

O, AVRO-2012-nin final mərhələsinin II turunun Portuqaliya ilə oyunu haqda fikirlərini açıqlayıb: “Belə qarşılaşmalarda bəxt də bizim tərəfimizdə olmalıdır. Yəni bizə bəxt də lazımdır. İlk oyunda müəyyən çatışmazlıqlar var idi. Onları təhlil edirik. Portuqaliya ilə oyunda xeyli artırmalıyıq”.