“Ruslar əks-hücumlarda yaxşı oynayır”
13.06.2012 - 08:45
“Rusiya yığması səviyyəli futbolçulardan ibarət əla komandadır. Onlar meydanda bir-birini yaxşı başa düşür”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Polşa yığmasının baş məşqçisi Frantişek Jmuda deyib. Avropa çempionatının təşkilatçılarından biri 2-ci oyununda da 1:1 hesablı bərabərliyə qaldı. Bu dəfə Rusiya yığması ilə matçda həmin nəticəyə imza atan meydan sahiblərinin yerli çalışdırıcı hollandiyalı həmkarı Dik Advokat və onun komandasının səviyyəsini qeyd edib: “Advokat əla məşqçidir. O, hər şeyi düzgün etdi. Ruslar əks-hücumlarda əla oynayır. Bu, ən yaxşı oyun idimi? Biz almanlarla da əla oynadıq, bu gün də. Əsas odur ki, komandamız hər aydan aya daha yaxşı oynayır”.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0