Olimpiyaçılarımız Koreyadan qayıtdılar, Qəbələyə yollanırlar
13.06.2012 - 12:54
Olimpiyaçılarımız Koreyadan qayıtdılar, Qəbələyə yollanırlar
London Olimpiadasına vəsiqə qazanan Azərbaycan taekvondoçuları qarşıdakı məsul yarışa son hazırlıqlarının birinci mərhələsini başa vurublar. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, qurumun I vitse-prezidenti Füzuli Musayevin rəhbərliyi altında Koreyada təlim-məşq toplanışında olimpiyaçılarımız - Ramin Əzizov (80 kq) və Fəridə Əzizova (67 kq) ilə yanaşı, Bayraməli Vəliyev (80 kq) və Səbinə Mikayılova (62 kq), eləcə də Olimpiya komandamızın baş məşqçisi Conq Conqbay, qadın idmançıları çalışdıran Sun Mi Park və məşqçi Elnur Amanov iştirak ediblər.

Seul, Yongin, Suvon və digər şəhərlərin universitet və komandaları, həmçinin Avstraliya, Yeni Zelandiya, İran, Tacikistanın Olimpiadaya hazırlaşan taekvondoçular ingiltərəli idmançılarla birgə hazırlıqlar və yoxlama görüşləri istənilən nəticəni verib. Artıq vətənə dönən olimpiya seçmə komandamız hazırlığın son hissəsini Qəbələdə davam etdirəcək.