“Xorvatiya yığması ən təhlükəli komandalardan biridir”
13.06.2012 - 13:04
“Xorvatiya yığması ən təhlükəli komandalardan biridir”
“Xorvatiya yığması ilə oyunumuz həlledici olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya millisinin baş məşqçisi Çezare Prandelli deyib.

Avropa çempionatının final mərhələsində 2-ci oyununu sabah Xorvatiyaya qarşı keçirəcək Prandellinin komandası ilk qələbəsini qazanmağa çalışacaq.

İlk turda İspaniya ilə 1:1 hesablı bərabərliyə qalan italyanların çalışdırıcısı hazırda qruplarında lider olan Xorvatiya yığmasının gücündən danışıb: “Bu, ən gözlənilməz milli komandadır. Buna görə də ən təhlükəli yığmalardan biridir. Xorvatiya yığması daim, hətta 1 matç ərzində oyun manerasını dəyişir. Onunla matç bizim üçün böyük əhəmiyyət kəsb edəcək”.