“İspaniya yığmasında Messi çatışmır”
13.06.2012 - 14:16
“İspaniya yığmasında Messi çatışmır”
“Bizimlə oyunda Fernando Torresin ilk dəqiqələrdən meydana çıxması mümkündür”. Apasport.az saytının məlumatına görə, bu sözləri İrlandiya millisinin baş məşqçisi Covanni Trapattoni deyib.

İtaliyalı mütəxəssis AVRO-2012-nin II turunun İspaniya ilə oyunu haqda fikirlərini açıqlayıb: “İstənilən halda buna Visente del Boske qərar verəcək. Meydanın durumunun İspaniya yığmasının oyununa təsir edib-etməyəcəyini deyə bilmərəm. Amma mənə elə gəlir ki, qələbə üçün ən vacib amil yalnız taktikadır. İspaniya dünya çempionudur. “Real”la “Barselona”nın bütün oyunçuları yığmada toplaşıb, yalnız Lionel Messi çatmır”.