“9 nömrə” ifadəsinin nə demək olduğunu başa düşürsünüzsə...”
13.06.2012 - 17:44
“9 nömrə” ifadəsinin nə demək olduğunu başa düşürsünüzsə...”
“İrlandiya ilə oyunda biz “9 nömrə” ilə oynayacağıq. Əgər siz “9 nömrə” ifadəsinin nə demək olduğunu başa düşürsünüzsə...”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniya milli komandasının baş məşqçisi Visente del Boske deyib.

Təcrübəli mütəxəssis AVRO-2012-nin İrlandiya ilə oyununda yenə nominal hücumçusuz oynayacaqlarını istisna etməyib. Del Boske yarımmüdafiəçinin hücumçu kimi oynaması ilə barışmalı olduğunu izah edib: “Hücumda David Silva da oynaya bilər, Andres İnyesta da, Sesk Fabreqas da. Fernando Torrse, Alvaro Neqredo və ya Fernando Lorenteni də buraxa bilərəm. Bir sözlə, hücum xəttində bir çox variantlarımız var. Amma onlar məni qane etmir”.