İspaniyadan darmadağın, İtaliya yenə qələbə qazana bilmədi
15.06.2012 - 00:35
AVRO-2012-də C qrupunda II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Xorvatiya yığması ilk 1/4 finalçı olmaq şansını qaçırıb. Slaven Biliçin çalışdırdığı komanda İtaliya yığması ilə oyunda qalib gəlməklə, növbəti mərhələyə çıxmağını rəsmiləşdirəcəkdi ki, bu, baş tutmadı. Xorvatlar hesabda geridə düşdükləri oyunda tarazlığı bərpa edərək, 1 xal qazana bildilər. Həmin qolu vuran Mario Mancukiç isə 3-cü dəfə fərqlənərək, bombardirlər yarışında rusiyalı Alan Dzaqoyevlə almaniyalı Mario Qomesə çatıb. İtaliyanın isə ardıcıl 2-ci oyunu da 1:1 hesabı ilə nəticələnib.
Son Avropa və dünya çempionu olan İspaniya yığmasının ilk qələbəsi isə böyük hesablı olub. Belə ki, ispanlar Şimali İrlandiyanı darmadağın edib. Bu dəfə əsas heyətdə yer alan hücumçu Fernando Torres etdiyi dublla etimadı doğruldub. Sonradan meydana çıxan Sesk Fabreqas da fərqlənərək, Torres kimi hesabında 2 qolu var. İspaniyanın Xorvatiya ilə xalı bərabər olsa da, topların daha yaxşı fərqinə görə qrup liderliyini onun əlindən aldı.
AVRO-2012
Final mərhələsi
II tur
C qrupu
İSPANİYA – İRLANDİYA - 4:0
QOLLAR Torres, 4; 70; Silva, 49 ; Fabreqas, 82
Baş hakim: Pedro Proensa (Portuqaliya)
Qdansk. “PGE Arena” stadionu
İSPANİYA: Kasilyas, Arbeloa, Ramos, Pike, Alba. Xavi, Buskets, Alonso, Silva, Fabreqas, İnyesta
İRLANDİYA: Given, Oşi, Dann, Ledjer, Uord, Daff, Uilan, Endryu, Makqidi, Valters, Kin
İTALİYA – XORVATİYA - 1:1
QOLLAR: Pirlo, 39 - Mandjukiç, 72
Baş hakim: Hovard Uebb (İngiltərə)
Poznan. “Miyejski” stadionu
İTALİYA: Buffon, Kyellini, de Rossi, Bonuççi, Maccio, Markizio, Pirlo, Motto, Giaççerini, Balotelli, Kassano
XORVATİYA: Pietikoşa, Srna, Çorluka, Şildenfeld, Striniç, Vukoyeviç, Rakitiç, Modriç, Perişiç, Mandjukiç, Yelaviç
İspaniya 2 1 1 0 5-1 4
Xorvatiya 2 1 1 0 4-2 4
İtaliya 2 0 2 0 2-2 2
İrlandiya 2 0 0 2 1-7 0

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0