“Şevçenko sübut etdi ki, əvvəlki kimi yüksək səviyyədə oynaya bilər”
14.06.2012 - 13:08
“Həmişə futbolçularınla fəxr etmişəm. Ukraynalılarla matçda bizə asan olmayacaq. Ancaq biz oyuna plan üzrə hazırlaşırıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Fransa yığmasının baş məşqçisi Loran Blan deyib.
Fransızlar Avropa çempionatına İngiltərə yığması ilə 1:1 hesablı bərabərliyə qaldıqdan sonra sabah 2-ci turda meydan sahibləri Ukrayna ilə sınağa çıxacaq. Blan qrup lideri ilə oyuna ciddi yanaşır: “İngiltərə ilə oyundan sonra əhval-ruhiyyəmiz yaxşı deyil. Biz rəqibi məğlub edə bilmədik. Çünki bizə qarşı hərəsi 4 oyunçudan olmaqla 2 müdafiə xətti çıxış edirdi. Yetirmələrim sadəcə, boş sahədən məhrum oldular”.
Çalışdırıcı Ukraynaya ilk turda İsveçlə matçda etdiyi dublla qələbə qazandıran kapitan Andrey Şevçenkonun liderliyinə toxunub: “Rəqibin heyətində Şevçenkonu qeyd edərdim. Mətbuatda yazılıb ki, o, belindəki ağrılara görə ağır hərəkət edir. Ancaq Andrey İsveçlə matçda sübut etdi ki, əvvəl olduğu kimi, yüksək səviyyədə oynaya bilər”.
Qeyd edək ki, Fransa – Ukrayna sabah Bakı vaxtilə saat 21:00-da Donetskdə keçiriləcək.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0