Roy Hocson: Hamı İngiltərə yığması ilə hesablaşmalıdır
14.06.2012 - 13:24
“İngiltərə yığması ilə hamı hesablaşmalıdır. İndi bizi İsveç və Ukrayna ilə oyunlar gözləyir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri İngiltərə millisinin baş məşqçisi Roy Hocson deyib.
Təcrübəli mütəxəssis Fransa ilə 1:1 hesablı bərabərliklə başladıqları Avropa çempionatında favorit olduqlarını düşünür. Onun fikrincə, onlara daha yaxşı oynamaları üçün müəyyən vaxt lazımdır: “Biz dahi komanda olmaq üçün həddən az matç oynamışıq. Üstəlik, Ueyn Runisiz oynamağa məcburuq. O, artıq dahi futbolçu sayılır. Əlbəttə, havanın isti olmağı futbolçulara təsir edir. Ancaq oyunda hər 2 tərəf eyni səviyyədə olur. Hava turnirin yekununda heç təsir göstərməyə bilər”.
Hocson İsveçlə sabahkı matçda da xidmətindən istifadə edə bilməyəcəyi cəzalı hücumçu Ueyn Runinin qayıdışını gözləyir: “Runi dünya səviyyəli futbolçudur və o, meydanda olanda, daha güclü təsir bağışlayacağımıza əminik. Ueyn bizimlə məşq edir, daim gənc futbolçuları dəstəkləyir. O, kollektivimizin vacib hissəsidir. Ümid edirəm ki, Runiyə turnirdən 1-dən çox oyun keçirmək nəsib olacaq”.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0