“Özünü düzgün aparmağı bacarmaq lazımdır”
14.06.2012 - 13:49
“Özünü düzgün aparmağı bacarmaq lazımdır”
“İlk oyunda komandamdan razı qalmadım. Onda daha çox şey gözləyirdim. Xoşbəxtlikdən heyətimizdə böyük rəqabət var”. Apasport.az saytının məlumatına görə, bu fikirləri İsveç yığmasının baş məşqçisi Erik Hamren deyib.

Avropa çempionatının startında meydan sahibləri Ukraynaya 1:2 hesabı ilə uduzan isveçlilər qrupdan çıxmaq şanslarını saxlamaq üçün İngiltərə ilə sabahkı oyunda qalib gəlməlidir.

İsveçli mütəxəssis ilk turdakı uğursuzluğu yaddan çıxarıb, bütün diqqətlərini ingilisləri yenməyə yönəltməyə tövsiyə edib: “Əgər ilk oyunda qalib gəlsəydik, növbəti gün çox xoş olardı. İndi hamımız birləşməliyik. Çünki hamımız bir yerdə uduzmuşuq. Bizim danışmağa mövzumuz, qarşıda çox işimiz var. Futbolçular bu uğursuzluğu unudub, növbəti matça hazırlaşmalıdır. Futbol belədir: bəzən qalib gələrsən, bəzən uduzursan. Hər 2 vəziyyətdə özünü düzgün aparmağı bacarmaq lazımdır”.