UEFA son turun təyinatlarını açıqladı
14.06.2012 - 16:27
UEFA son turun təyinatlarını açıqladı
UEFA AVRO-2012-də A və B qruplarında son turunun oyunlarına təyinatları edib. Apasport.az saytının məlumatına görə, A qrupunda Rusiya – Yunanıstan oyununu Yunas Erikssonun başçılıq etdiyi isveçli, Çexiya – Polşa matçı Kreyq Tomsonun başçılıq etdiyi şotlandiyalı hakimlər briqadasına tapşırılıb.

B qrupunda Almaniya və Danimarka yığmaları arasında oyun ispaniyalı Karlos Velasko Karbalyonun briqadası idarə edəcək. Almaniya – Portuqaliya matçında italiyalı Nikola Rizzolinin başçılıq etdiyi hakimlər iş başında olacaq. C və D qruplarında təyinatlar hələ açıqlanmayıb.

Qeyd edək ki, son turda oyunların hamısı eyni vaxtda – saat 23:45-də başlayacaq.