“Xorvatiya yığması elə buna görə bizi cəzalandırdı”
15.06.2012 - 10:06
“Biz qalib gəlməyə hazırlaşırdıq. Ancaq bir neçə qol imkanını qaçırdıq. Xorvatlar da elə buna görə bizi cəzalandırdılar”. Apasport.az saytının məlumatına görə, bu fikirləri İtaliya yığmasının baş məşqçisi Çezare Prandelli deyib. İtaliyalı mütəxəssis Avropa çempionatında İspaniyanın ardınca Xorvatiya ilə də 1:1 hesablı bərabərliyə qalmalarından sonra 1/4 finala çıxmağa nəzəri şanslarının olduğunu bildirib: “Mən hücumçulara qol vurmadıqlarına görə hirslənmirəm. İstənilən halda, qrupdan çıxmağa riyazi hesablamalarla şansımız qalır. Biz İrlandiya ilə oyunda qələbəyə köklənirik. Xarakter baxımından problemimiz yoxdur. Sadəcə, bütün oyun boyu konsentrasiyanı itirməməyi öyrənməliyik”.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0