İlk uğursuz və ən “qoca”
15.06.2012 - 10:30
Polşa və Ukraynada keçirilən Avropa çempionatının ilk uğursuz iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qrupdan çıxa bilməyəcəyi dəqiqləşən ilk yığma C qrupunda yer alan İrlandiya olub. Bu, Covanni Trapattonin başçılıq etdiyi yığmanın qrupda keçirdiyi hər 2 oyunda uduzmağından sonra rəsmiləşib. İrlandlar əvvəlcə Xorvatiyaya 1:3, İspaniyaya 0:4 hesabı ilə uduzub. Nəticədə Trapattoninin son oyunda həmyerliləri, vaxtilə baş məşqçisi olduğu İtaliya millisi ilə oyunu özləri üçün formal xarakter daşıyacaq.
A və B qruplarında yer alan Yunanıstanın 1, Hollandiyanın isə İrlandiya kimi xalı olmasa da, onlar şanslarını saxlayır. Bu da həmin qruplarda turnir cədvəlində vəziyyətlə bağlıdır. Ancaq irlandlar son turda İtaliyaya qalib gəlib, 3 xalı olsa da, ¼ finala çıxa bilməyəcək. Çünki ilk 2 yerdə gedən İspaniya ilə Xorvatiyanın artıq 4 xalı olduğundan, onlara artıq çata bilməyəcək. Bununla da tarixində 2-ci dəfə Avropa çempionatında çıxış edən İrlandiya son oyununda qalib gələrsə, ən yaxşı halda, İtaliyanı qabaqlayıb, 3-cü yeri tutacaq.
İrlandiyanın davamçısı isə bu gün İsveç yığması ola bilər. Bu, ilk turda uduzan həmin millinin İngiltərə uduzmağı və onu yenən Ukrayna Fransaya qalib gələcəyi halda, reallaşacaq. Bu zaman Ukrayna ¼ finala çıxacaq, İsveçin isə son turda Fransa ilə matçı özü üçün əhəmiyyətli olmayacaq.
Qeyd edək ki, AVRO-2012-nin ən yaşlı baş məşqçisi elə İrlandiyanın çalışdırıcısı, 73 yaşlı Trapattonidir.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0