Xavinin möhtəşəm rekordu
15.06.2012 - 11:47
Xavinin möhtəşəm rekordu
İspaniya yığmasının futbolçusu Xavi Ernandes Avropa çempionatlarının tarixinin yeni rekordunu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, “Barselona”nın 32 yaşlı yarımmüdafiəçisi millisinin qrup mərhələsinin II turunda İrlandiya millisinə 4:0 hesabı ilə qalib gəldikləri oyunda 127 dəqiqə ötürmə etməklə, möhtəşəm göstəriciyə imza atıb. Bununla da Xavi əfsanəvi hollandiyalı futbolçu Ronald Kumanın rekordunu yeniləyib. Belə ki, onun kimi “Barsa”da oynamış müdafiəçi 1992-ci ildə Avropa çempionatında Hollandiya millisinin heyətində Danimarka yığması iıə yarımfinal matçında 117 dəqiq ötürmə vermişdi.

Qeyd edək ki, Xavi 2008-ci ildə qalibi olduqları Avropa çempionatının ən yaxşı futbolçusu kimi “Qızıl top” mükafatını qazanıb.