“1/4 finala çıxmağı bacardığımıza bir saniyə belə şübhə etməmək lazımdır”
15.06.2012 - 13:53
“1/4 finala çıxmağı bacardığımıza bir saniyə belə şübhə etməmək lazımdır”
“Həqiqətən Rusiya yığmasına növbəti mərhələyə çıxmaq üçün heç-heçə də qane edir. Bizə isə 3 xal lazımdır. Ancaq mənim sözüm belədir ki, rəqib öz oyun üslubundan imtina etməyəcək”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Yunanıstan millisinin baş məşqçisi Fernandu Santuş deyib. İki turdan sonra 1 xalı olan yunanlara Avropa çempionatında çıxışını davam etdirmək üçün son turda Rusiya ilə oyunda mütləq qalib gəlmək lazımdır.

Portuqaliyalı mütəxəssis Rusiya yığmasını güclü sayır: “Belə komandalara isə adət etdiyi oyun üslubundan vaz keçmək uyğun deyil. Futbolçuları meydanda diqtə etməyə adət edir. Buna görə də oyun üslubunu nadir halda dəyişirlər”.

Santuşun fikrincə, son turda uğur qazanmaq keçmiş uğursuzluqları başdan çıxarmaq lazımdır: “Meydanda əzmlə hərəkət etmək, öz imkanlarımı maksimum göstərmək lazımdır. Başlıcası qalib gəlib, 1/4 finala çıxmağı bacardığımıza bir saniyə olsun belə şübhə etməmək lazımdır”.