“Biz hər keçən gün jurnalistlərdən yalnız tənqid eşidirik”
15.06.2012 - 14:21
“Biz hər keçən gün jurnalistlərdən yalnız tənqid eşidirik”
“Mən təəssüf edirəm ki, jurnalistlər yalnız nəhayət indi necə komandamız olduğunu başa düşdülər. Biz hər keçən gün yalnız tənqid, tənqid və tənqid eşidirdik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Polşa yığmasının baş məşqçisi Frantişek Jmuda deyib. Polşalı mütəxəssis ev sahibi olduqları Avropa çempionatında çıxışa görə onları tənqid edənlər həmkarlarımızı qınayıb: “Biz həmişə hesab edirdik ki, bizdə çox yaxşı futbol oynayan komanda var. Mən xoşbəxtəm ki, komanda yaratmışıq və onun gələcəyi var”.

Jmuda bildirib ki, qələbəyə oynayacaqları Çexiya ilə sabahkı matçda qapıda Pşemıslav Titona yer verəcək: “Titon və Voystex Şesnı yaxşı qapıçılardır. Çexiya ilə matçda Şesnının buraxdığı səhvlərdən ehtiyatlanmalıyıq. Titonun əla qapıçı olduğunu hələ 2 il əvvəl demişəm. O, təkbaşına oyunu xilas edə bilər. Deyə bilmərəm ki, bu qərar mənim üçün turnirdə ən çətin olacaq. Belə əlamət var ki, qalib heyəti dəyişmirlər”.

Qeyd edək ki, Polşa keçirdiyi hər 2 oyunda 1:1 hesablı bərabərliyə qalıb.