İlk 1/4 finalçılar müəyyənləşdi
17.06.2012 - 00:35
İlk 1/4 finalçılar müəyyənləşdi
AVRO-2012-nin final mərhələsində ilk 1/4 finalçılar müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin III turunun start götürəcəyi gündə meydana çıxan A qrupunun komandalarından Çexiya və Yunanıstan növbəti mərhələyə çıxıb. Hər 2 milli 1:0 hesablı qələbələrlə istəyinə çatıb. Yunanıstanla Rusiyanın xalları eyni olsa da, şəxsi oyunda qələbə birinciləri qrupdan çıxarıb. Çexiya qrup lideri kimi çıxdığından, B qrupunda 2-ci yeri tutanla üzləşəcək. Yunanların rəqibi isə böyük ehtimalla B qrupunun lideri Almaniya olacaq.


AVRO-2012

Final mərhələsi
III tur
A qrupu


23:45. ÇEXİYA - POLŞA 1:0
QOL: Yiraçek, 72
Baş hakim: Kreyq Tomson (Şotlandiya)
Vrotslav. “Miyejski” stadionu

ÇEXİYA: Çex, Selassi, Sivok, Kadlets, Limbersiki, Hübşman, Plasil. Yiraçek, Rositski, Pilar. Baroş

POLŞA: Şesnı, Pişek, Vasilevski, Perkis, Beniş, Dudka, Polanski, Blaşikovski, Muravski, Obranyak, Levandovski

23:45. YUNANISTAN – RUSİYA - 1:0
QOL: Karaqunis, 45+2
Baş hakim: Yonas Eriksen (İsveç)
Varşava. Milli stadion

1. Çexiya 3 2 0 1 4-5 6
2. Yunanıstan 3 1 1 1 3-3 4
3. Rusiya 3 1 1 1 5-3 4
4. Polşa 3 0 2 1 2-3 2