Qrup mərhələsinin son təyinatları
16.06.2012 - 16:23
AVRO-2012-nin final mərhələsinin son qrup oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA C və D qruplarında III turun oyunlarına təyinatları açıqlayıb.
İyunun 18-də baş tutacaq C qrupunun İtaliya – İrlandiya oyunu türkiyəli Cüneyt Çakıra tapşırılıb. Xorvatiya – İspaniya qarşılaşmasında isə almaniyalı Volfqanq Ştark fit çalacaq.
D qrupunda iyunun 19-da baş tutacaq Ukrayna – İngiltərə oyunu macarıstanlı Viktor Kaşşaiyə, İsveç – Fransa qarşılaşması isə portuqaliyalı Pedro Proensaya həvalə olunub.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0