Dik Advokat: Rusiyada haqqımda nə deyiləcəyi mənə maraqlı deyil
17.06.2012 - 08:44
“Biz meydana qalib gəlmək üçün çıxmışdıq, uduzmağa yox. Bunun üçünsə qol vurmaq lazımdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya yığmasının baş məşqçisi Dik Advokat deyib. Avropa çempionatına Çexiya millisi üzərində 4:1 hesablı qələbə ilə başlayan ruslar gözlənilmədən qrupda qaldı. Bu, son turda Yunanıstana məğlubiyyət nəticəsində reallaşdı.
Advokatın fikrincə, 0:1 hesabı ilə uduzduqları həmin matçda qələbəyə layiq oyun göstəriblər: “Biz əla matç keçirdik, irəli gedirdik və yaxşı oynadıq. Təşəbbüsə malik idik, ancaq bir dəfə müdafiədə səhv etdik və qol buraxdıq. Yunanıstan kimi komanda ilə oyunda məğlub durumdan çıxmaq çox çətindir və öz şanslarımızı reallaşdıra bilmədik”.
Hollandiyalı mütəxəssis uğursuz çıxışa baxmayaraq, komandası ilə fəxr edir: “Çünki biz yaxşı oynadıq. Sadəcə, daha çox qol vurmaq lazım idi. Necə ki ilk oyunda bunu etdik. Mən futbolçularımı mühakimə etmirəm. Rusiyada haqqımda nə deyiləcəyi mənə maraqlı deyil. Biz komanda qurmaq üçün məşqçilər korpusu ilə çox işlədik. 16 oyun uduzmadıq, ancaq bizə bu seriyanı davam etdirmək mümkün olmadı”.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0