“Qələbəni bütün Yunanıstana həsr etmək istəyirik”
17.06.2012 - 09:14
“Qələbəni bütün Yunanıstana həsr etmək istəyirik”
“Biz razıyıq və xoşbəxtik. Bu qələbəni bütün Yunanıstana, o cümlədən zədə üzündən turnirdən getməli olan müdafiəçimiz Avraam Papadopulosa həsr etmək istəyirik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Yunanıstan yığmasının baş məşqçisi Fernandu Santuş deyib. Avropa çempionatına uğursuz başlayan, ilk 2 oyundan sonra hesabında cəmi 1 xal olan yunanlar son turda Rusiyaya qalib gəlməkdə, qrupda 2-ci yerin sahibi kimi növbəti mərhələyə çıxdı.

Portuqaliyalı mütəxəssis bunu zəhmətin nəticəsi sayır: “Bu nəticə çəkilən əmək, zəhmət və qələbə istəyinə görə mükafat oldu. Bu axşam Allah bizimlə idi. İndi yaxşı əhval-ruhiyyəmiz var və qələbəyə sevinirik. Qələbənin əsas səbəbi konsentrasiya oldu. Bizə bir vaxt verin, sonra baxarıq ki, cəzalı duruma düşən kapitanımız Georgios Karaqunisi kiminlə əvəzləyəcəyəm. Hər halda, mənim də vəzifəm hətta yaxşı futbolçuya belə əvəzləyici tapmaqdır. Biz öz yerimizi və imkanlarımızı bilirik. Rusiya yığması üzərində qələbədən sonra dünyanın ən yaxşı komandası olmadıq, ancaq çalışacağıq”.