“Biz növbəti mərhələyə layiqli çıxdıq”
17.06.2012 - 09:42
“Biz nəticədən razıyıq. Axı evdə çıxış edən komandaya qalib gədik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Çexiya yığmasının baş məşqçisi Mihal Bilek deyib. O, Avropa çempionatının startında Rusiyaya 1:4 hesablı məğlubiyyətdən sonra qazanılan qələbələri əzmkarlığın nəticəsi ilə əlaqələndirir: “İlk oyundan sonra işlərimiz pis idi, ancaq futbolçularımız xarakter göstərdilər. Hesab edirəm ki, biz növbəti mərhələyə layiqli çıxdıq. İlk hissənin sonunda oyunumuzu artırmağa başladıq. Bilirdik ki, digər oyunda yunanlar hesabı açıb. Mən futbolçularıma dedim ki, sakitliyi qoruyun və müdafiədə diqqətli oynayın. Bəzən problemlərimz olsa da, əks-hücumlarda təhlükəli oynayırdıq. Bunlardan biri qolla nəticələndi. Biz əla futbol göstəririk və əsas məsələ bunu etmək istəyimizdir”.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0